Xəbərlər
ETİHİ Göyçay rayon komitəsi radio və televiziya işçilərini peşə bayramı münasibətilə təbrik edib

6 noyabr – Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramı Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon komitəsi tərəfindən Göyçay rayonunda fəaliyyət göstərən ATV və İTV televiziya kanallarının jurnalistləri təbrik olunublar.
Təbrik zamanı jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında, ictimai fikrin formalaşmasında, milli-mənəvi dəyərlərin təbliğində və ölkəmizdə baş verən mühüm hadisələrin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqları vurğulanıb.
Qeyd olunub ki, peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinə sadiq qalaraq fəaliyyət göstərən media nümayəndələri cəmiyyətin inkişafına, maarifləndirmə işinə və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verirlər.
ETİHİ Göyçay rayon komitəsi media nümayəndələrinə göstərdikləri fədakar əməyə görə təşəkkürünü bildirib, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
Peşə bayramınız mübarək!



