“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Göyçay Rayon Komitəsinin dəstəyi ilə Qəbələyə növbəti səfər

29/06/2026, 06:25
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə M. Eyvazov adına Bığır 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi asudə vaxtlarının səmərəli təşkili, əməkdaşlar arasında ünsiyyətin və kollektiv ruhun daha da gücləndirilməsi məqsədilə Qəbələ rayonuna istirahət və ekskursiya səfəri həyata keçirib.


Səfər iştirakçıları Qəbələnin füsunkar təbiəti, zəngin turizm imkanları və görməli məkanları ilə yaxından tanış olub, rayonun təbii gözəlliklərini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar. Gəzinti zamanı müəllimlər həm istirahət etmək, həm də gündəlik iş gərginliyindən uzaqlaşaraq mənəvi rahatlıq qazanmaq imkanı əldə ediblər.


Belə tədbirlər müəllimlərin asudə vaxtlarının səmərəli təşkilinə, sağlam həyat tərzinin təşviqinə, kollektiv üzvləri arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. ETİHİ Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili və müxtəlif sosial-mədəni layihələrə cəlb olunması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: