“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Göyçay RK-dan müəllimlər üçün növbəti istirahət turu

27/06/2026, 22:39
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay şəhəri 5 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin müəllim kollektivi Azərbaycanın ən füsunkar guşələrindən biri olan Gədəbəy rayonuna istirahət və ekskursiya məqsədli səfər edib.


Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yüksəldilməsi, sağlam istirahətinin təmin olunması və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə təşkil edilən səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.


Səfər çərçivəsində müəllimlər Gədəbəy rayonunun zəngin təbiəti, saf dağ havası, gur meşələri, füsunkar mənzərələri və tarixi-mədəni məkanları ilə yaxından tanış olublar. Təbiətin qoynunda keçirilən istirahət müəllimlərin gündəlik iş fəaliyyətindən qısa müddətlik uzaqlaşaraq mənəvi rahatlıq tapmalarına, eyni zamanda həmkarlar arasında səmimi ünsiyyətin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradıb.


Müəllimlər səfər zamanı Gədəbəyin özünəməxsus təbii gözəlliklərini seyr edib, xatirə şəkilləri çəkdirib, rayonun turizm potensialı və zəngin təbiəti haqqında geniş məlumat əldə ediblər. Səfər iştirakçıları belə təşəbbüslərin kollektiv ruhunun gücləndirilməsində, iş motivasiyasının artırılmasında və sağlam həyat tərzinin təşviqində mühüm rol oynadığını qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.


ETİHİ Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam istirahətinin təmin olunması və onların mənəvi rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi layihə və təşəbbüsləri bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: