Xəbərlər
ETİHİ Göygöl Rayon Komitəsi “Kəpəz” Müstəqil Teleradio Şirkətinin kollektivini yubiley münasibətilə təbrik edib

04 noyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev Azərbaycan Televiziyası və Radiosunun 100 illik yubileyi münasibətilə “Kəpəz” Müstəqil Teleradio Şirkətinin kollektivini təbrik etmək məqsədilə şirkətdə olub.
Görüş zamanı Azərbaycan milli mediasının inkişafında televiziya və radio sahəsində çalışan əməkdaşların xidmətləri vurğulanıb, “Kəpəz” Müstəqil Teleradio Şirkətinin kollektivinə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri və davamlı inkişaf arzulanıb.
Təbrik mərasimi çərçivəsində şirkətin Baş direktoru Fuad Abasovla görüş keçirilib, yubiley münasibətilə təbriklər çatdırılıb və kollektivin şərəfinə yubiley tortu kəsilib. ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən Fuad Abasova xatirə plaketi təqdim olunub.




