Xəbərlər
ETİHİ Göygöl Rayon Komitəsində Kollektiv müqavilə yeniləndi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsində yeni kollektiv müqavilə imzalanıb. 18 noyabr 2025-ci il tarixində bağlanan bu müqavilə 2 il müddətinə (2025–2027) qüvvədədir və təhsil müəssisələrində əmək, sosial-iqtisadi və digər münasibətlərin tənzimlənməsini təmin edir.
Kollektiv müqavilə Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil sektoru tabeliyindəki ümumtəhsil məktəblərinin işəgötürənləri və həmin məktəblərin ilk həmkarlar ittifaqı komitələrinin sədrləri arasında imzalanmışdır.
Müqaviləyə əsasən:
• Müqavilənin şərtləri bütün tərəflər üçün məcburidir;
• Yeni işçilər əmək fəaliyyətinə başlayarkən müqavilə ilə tanış etdiriləcək;
• Təhsil müəssisəsinin rəhbərliyi və həmkarlar ittifaqı təşkilatı hər il əmək kollektivinə hesabat verəcək;
• Müqaviləyə dəyişikliklər yalnız qarşılıqlı razılıqla edilə bilər.
Yeni kollektiv müqavilə əməkdaşların hüquqlarının qorunması və sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır.











