“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Hacıqabul Rayon Komitəsi bir qrup fəal ittifaq üzvləri ilə " İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu"nda

12/02/2026, 17:17
xeber1

ETİHİ Hacıqabul Rayon Komitəsi ittifaq üzvlərinin asudə vaxtını səmərəli təşkili məqsədilə İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu və Qala Dövlət Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil etmişdir. Tur çərçivəsində iştirakçılar İçərişəhərin bir neçə qapalı məkanlarını ziyarət etdi.

Qoşa Qala Divarlarından başlayan tur Şirvanşahlar Sarayının Yeraltı Qapalı Mərtəbəsi, Bəylər Məscidinin Minarəsi, Mühəmməd Məscidinin Qapalı Məkanı, Siratağlı Dini-Memarlıq Kompleksi və Qız Qalası Muzeyi olmaqla geniş marşrutu əhatə edirdi.Tur çərçivəsində ittifaq üzvlərini müşayət edən peşəkar bələdçi Sevda xanım İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu haqqında və qorunan tarixi abidələrimizdən ətraflı məlumat verdi. Bələdçi mədəni irsimizin qorunması və təbliqi sahəsində görülən işlərdən də söhbət açdı.

Tur iştirakçıları bu gözəl günü yaşadıqları üçün ETİHİ Respublika Komitəsinin sədri

Araz Paşayev cənablarına öz minnətdarlıqlarını bildirir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: