Xəbərlər
ETİHİ Kürdəmir Rayon Komitəsinin təşəbbüsü ilə Xırdapay kənd tam orta məktəbinin pedaqoji kollektivi Oğuz rayonuna istirahət və tanışlıq məqsədli səfər edib.
10/07/2026, 09:57

Səfər çərçivəsində iştirakçılar rayonun füsunkar təbiətini və görməli guşələrini ziyarət edərək mənalı istirahət keçiriblər. Ekskursiya müəllimlərin gərgin əmək fəaliyyətindən sonra dincəlməsinə, xoş əhval-ruhiyyə qazanmasına və kollektiv üzvləri arasında səmimi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verib.
Səfərin təşkilinə göstərilən diqqət və qayğıya görə kollektiv üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və ETİHİ Kürdəmir Rayon Komitəsinə minnətdarlıqlarını ifadə ediblə






