Xəbərlər
ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup təhsil sahəsində çalışan tarix müəllimləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
10/03/2026, 13:21

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsünə əsasən Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə bir qrup təhsil sahəsində çalışan tarix müəllimləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.
Bu tur müəllimlər üçün həm istirahət, həm də yeni tanışlıqların qurulduğu, xoş xatirələrlə yadda qalan gözəl bir gün olmuşdur. Belə təşəbbüslər müəllim əməyinə verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, onların motivasiyasının artırılmasına da töhfə verir.










