Xəbərlər
ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə müəllimlər üçün növbəti istirahət ekskursiyası təşkil olunub.

03.07.2026-cı il tarixində ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Kürdəmir rayon Muradxan kənd tam orta məktəbi və Bala Kəngərli kənd ümumi orta məktəbinin müəllim kollektivləri üçün Qax rayonunun İlisu kəndinə ekskursiya təşkil edilib.
Ekskursiyanın məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və kollektiv üzvləri arasında həmrəyliyin gücləndirilməsi olub.
Səfər zamanı iştirakçılar İlisu kəndinin füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, xoş və yaddaqalan istirahət keçiriblər.
ETİHİ Kürdəmir Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu cür tədbirlərin keçirilməsini bundan sonra da davam etdirəcək






