Xəbərlər
ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə növbəti ekskursiya təşkil olunub

ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə növbəti ekskursiya təşkil olunub
Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam istirahətlərinin təşkili, asudə vaxtlarının səmərəli keçirilməsi və həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ETİHİ Kürdəmir Rayon Komitəsi fəaliyyətini ardıcıl olaraq davam etdirir.
ETİHİ Kürdəmir Rayon Komitəsinin təşkilatçılığı ilə Kürdəmir rayon 2 saylı tam orta məktəbinin və Qarasu kənd tam orta məktəbinin həmkarlar ittifaqı üzvləri üçün Göygöl və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunmuşdur.
Mütəmadi təşkil edilən bu cür ekskursiyalar təhsil işçiləri tərəfindən böyük məmnunluqla qarşılanır. Səfər iştirakçılarına xoş istirahət, zəngin təəssüratlar və unudulmaz anlar bəxş etmişdir. İştirakçılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və ETİHİ Kürdəmir Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər









