“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Laçın Rayon Komitəsi Müəllimlər Günü münasibətilə görüşlər keçirib

05/10/2026, 12:31
xeber1

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən Laçın rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində və məktəbəqədər təhsil ocaqlarında müəllim və tərbiyəçilərlə görüşlər keçirilib.

Görüşlər Zabux kənd tam orta məktəbi, 2 nömrəli tam orta məktəb, Sus kənd tam orta məktəbi, Zabux kənd körpələr evi-uşaq bağçası və Sus kənd körpələr evi-uşaq bağçasında baş tutub.Görüşlər zamanı müəllim və tərbiyəçilər peşə bayramları münasibətilə təbrik olunub, onların təhsilin inkişafına və gələcək nəslin yetişdirilməsinə verdikləri töhfələr yüksək qiymətləndirilib.Uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə İsgəndərova Yasəmən İsmayıl qızı, nəticələri ilə fərqlənən müəllimlərdən Müseyibova Turac Asif qızı və Salmanzadə Vüsalə Vaqif qızı fəxri fərmanlarla təltif olunub. Təhsil işçilərinə bayram münasibətilə hədiyyələr və gül dəstələri təqdim olunub.


Bütün müəllimlərimizi və tərbiyəçilərimizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi adından 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: