Xəbərlər
ETİHİ Laçın Rayon Komitəsində 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub.
06/03/2026, 18:00

ETİHİ Laçın Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə təhsil sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş təqaüdçü və təhsil nəticələri ilə fərqlənən müəllimlər bayram münasibətilə təbrik ediliblər. Onlara səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir zamanı qadınların təhsil sahəsindəki rolu xüsusi vurğulanıb və bütün xanımlara bayram münasibətilə xoş arzular çatdırılıb.

























































