“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Laçın RK İlk təşkilat sədrləri "Nazlı Bulaq" istirahət mərkəzində istirahət ediblər.

23/02/2026, 10:00
xeber1

21–22 fevral tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, ETİHİ Laçın Rayon Komitəsinin təşkilatçılığı ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsinin ilk təşkilat sədrləri Quba rayonunun səfalı guşələrindən biri olan Xınalıq kəndində yerləşən Nazlı Bulaq İstirahət Mərkəzində istirahət ediblər. Qarlı dağ mənzərəsi, təmiz hava və səmimi mühit həmkarlarımız üçün həm dincəlmək, həm də bir-biri ilə daha yaxından ünsiyyət qurmaq imkanı yaradıb.

Tədbirin əsas məqsədi ittifaq üzvləri arasında əlaqələrin möhkəmləndirilməsi, həmrəyliyin gücləndirilməsi və fəalların sosial rifahının dəstəklənməsidir. Bu kimi təşəbbüslər ittifaq üzvlərinin motivasiyasına müsbət təsir göstərir, aralarındakı əlaqələri daha da möhkəmləndirir və gələcək fəaliyyət üçün əlavə ruh yüksəkliyi yaradır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: