Xəbərlər
ETİHİ Masallı Rayon Komitəsi ittifaq üzvlərinə diqqət və qayğını davam etdirir

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğının, onların əməyinə verilən dəyərin ifadəsi olaraq yubiley və əlamətdar günlər münasibətilə təbrik tədbirləri davam etdirilir.
Bu çərçivədə Babaser kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Həsənov Salman Yadulla oğlunun 65, Mollaoba kənd B.Şiriyev adına tam orta ümumtəhsil məktəbinin direktoru Məhərrəmova Dilşad Aslan qızının 45, Masallı şəhər R. Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin sabiq müəllimi Əbilova Səbirə Abutalıb qızının 70 illik yubileyləri münasibətilə təbriklər çatdırılıb.
Təbrik zamanı qeyd olunub ki, həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindən biri üzvlərinin hüquq və mənafelərinin qorunması, sosial rifahının yaxşılaşdırılması, onların gündəlik qayğı və problemləri ilə maraqlanmaq, çətinliklərinin həllinə imkanlar daxilində dəstək göstərməkdir. Bu diqqət yalnız əlamətdar günlərlə məhdudlaşmır, ittifaq üzvləri ilə mütəmadi ünsiyyətin, qarşılıqlı hörmət və həmrəyliyin mühüm tərkib hissəsidir.
Müəllim əməyinin cəmiyyət üçün əhəmiyyəti xüsusi vurğulanaraq yubilyarlara uzun illər ərzində təhsil sahəsində göstərdikləri fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə təşəkkür edilib.
ETİHİ Masallı Rayon Komitəsi tərəfindən yubilyarlara Fəxri Fərman və hədiyyələr təqdim olunub, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində yeni uğurlar arzulanıb.
ETİHİ Masallı Rayon Komitəsi bundan sonra da ittifaq üzvlərinin yanında olmağı, onların sosial rifahı və əmək hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.







