Xəbərlər
ETİHİ Masallı Rayon Komitəsi rayon üumumtəhsil məktəblərinin 65 yaşı tamam olmuş bir qrup müəllimi üçün yubiley tədbirləri keçirib.

ETİHİ Masallı Rayon Komitəsi rayon üumumtəhsil məktəblərinin 65 yaşı tamam olmuş bir qrup müəllimi üçün yubiley tədbirləri keçirib.
Tədbirlərdə təhsil sahəsindəki uzunmüddətli və səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə:
Bağırova Sidiqə Əbülfəz qızı – Təzə Alvadı kənd E. Əhədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi;
Rzayeva Lətifə Rüstəm qızı – Cayqıraq kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi;
Paşayeva Zəminə Sərastan qızı – Qəriblər kənd tam orta ümumtəhsil məktəbinin müəllimi
65 illik yubileyləri münasibətilə ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbirdə çıxış edənlər yubilyar müəllimləri təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatlarında yeni uğurlar arzulayıblar. Yubilyarlar da onlara göstərilən diqqət və qayğıya görə ETİHİ Masallı Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.







