“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən ittifaq üzvlərinin 65 illik yubileyləri münasibətilə tədbirləri keçirilmişdir.

06/04/2026, 17:02
xeber1

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən ittifaq üzvlərinin -Təzə Alvadı kənd E.Əhədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Babayev Fəxrət Mikayıl oğlunun, Köhnə Alvadı kənd Ə.Əsgərov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Qarayev Süleyman Fərman oğlunun və Hişkədərə kənd E.Ağayev adına tam orta ümumtəhsil məktəbinin direktoru Ağayev İlham Abidin oğlunun 65 illik yubileyləri münasibətilə təntənəli təbrik tədbirləri keçirilmişdir.

Tədbirdə yubilyarların uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, peşəkarlığı və gənc nəslin yetişdirilməsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, yubliyarlar öz zəhməti, məsuliyyəti və pedaqoji ustalığı ilə daim kollektivin hörmət və rəğbətini qazanmışdır.

Yubilyarlara ETİHİ Masalı Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim olunmuşdur.

Komitə və kollektiv adından yubilyarlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: