Xəbərlər
ETİHİ Masallı Rayon Komitəsi tərəfindən yubilyarlar təltif olunub

ETİHİ Masallı Rayon Komitəsi tərəfindən təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə 65 illik yubileylərini qeyd edən bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olunub.
Təltif olunanlar sırasında Masallı rayonu Başir Nuriyev adına Binə Xocavar kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Asudə Sərhəd qızı, Masallı rayonu Səməd Vurğun adına Türkoba kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Rzayev İsrafil Şirvan oğlu və Fətullayev Mustaba Yadi oğlu yer alıblar.
Yubilyarlarla keçirilən görüşlərdə ETİHİ Masallı Rayon Komitəsinin əməkdaşları iştirak edərək onları əlamətdar gün münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar və möhkəm cansağlığı arzulayıblar.
Qeyd olunub ki, müəllimlərin uzun illər ərzində gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlər, təhsilin inkişafına verdikləri töhfələr hər zaman yüksək qiymətləndirilir. ETİHİ Masallı Rayon Komitəsi yubilyar müəllimlərə gələcək həyat və fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.
Yubilyar müəllimlər çıxış edərək ölkə rəhbərliyinə, AHİK və ETİHİ Respublika Komitəsinin , eləcə də ETİHİ Masallı Rayon Komitəsinin rəhbərliklərinə minnətdarlılqlarını ifadə ediblər.







