Xəbərlər
ETİHİ Masallı Rayon Komitəsi "Zəfər Bayramı"nın 5 illiyi münasibətilə “Zəfərimizin adı vətəndir!” adlı tədbir keçirildi.

ZƏFƏRİMİZİN ADI VƏTƏNDİR!
Bu gün Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi və Masallı təhsil sektorunun təşkilatçılığı ilə "Zəfər Bayramı"nın 5 illiyi münasibətilə “Zəfərimizin adı vətəndir!” adlı tədbir keçirildi.
Tədbirdə Komitə sədri Rasim Nurullayev, Masallı rayon təhsil sektorunun müdri Elman Rzayev, sektorun əməkdaşları, məktəb direktorları,şəhid valideynləri,müharibə iştirakçıları, qazilər və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxıs edən şəhid valideynləri və qazilər " öz xatirələrini bölüşdülər və qazanılan qələbəyə görə qürur duyduqlarını bildirirlər.
Tədbirdə “8 Noyabr Zəfər günü" ilə bağlı məktəblilər arasında keçirilən inşa müsabiqəsinin, "Nə?, Harada?, Nə zaman?" intellektual yarışın, güləş, voleybol və mini-futbol üzrə keçrilən rayon birincilinin qalibləri diplom , kubok, medal və hədiyyələrlə təltif olundular.
Tədbir zamanı ümumtəhsil məktəb müəllim və sagirdlərinin və ifasında şeir, rəqs və musiqi nömrələri təqdim olundu.
Bu gün bizə bu sevinci yaşadan qəhrəmanlara dərin minnətdarlıq və hörmət hissi ilə…
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Zəfər!








