“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Masallı Rayon Komitəsi "Zəfər Günü" münasibətilə şəhid məzarlarını ziyarət ediblər.

10/11/2025, 10:03
xeber1

"Zəfər Günü" münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsi və Masallı rayonu üzrə təhsil sektoru tərəfindən birgə təşkil olunan tədbir çərçivəsində rayonun ümumtəhsil məktəblərində çalışan pedaqoji kollektiv şəhid məzarlarını ziyarət ediblər.

Xüsusilə diqqət çəkən məqam ondan ibarət idi ki, ziyarət olunan şəhidlər valideyni müəllim olan və təhsil ictimaiyyətinə yaxın şəxslər idi. Məqsəd – müəllim övladlarının Vətən uğrunda göstərdiyi qəhrəmanlığın təqdir olunması, onların ailələrinə mənəvi dayaq göstərilməsi və gənc nəsildə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi idi.

Ziyarət zamanı şəhidlərin uyuduğu məzarlara gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin əməkdaşları və Təhsil Sektorunun nümayəndələri şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıblar. Onlar qeyd ediblər ki, şəhidlərimizin qanı ilə yazılmış Zəfər tarixi xalqımız üçün əbədi fəxr və qürur mənbəyidir.

Məktəb direktorları və müəllimlər də çıxış edərək şəhid övladlarının böyüdüyü ailələrin nümunəvi tərbiyə məktəbi olduğunu bildiriblər. Hər bir şəhidin həyat yolu məktəblilər üçün vətənə sədaqət dərsi kimi dəyərləndirilib.

Bu cür tədbirlər təkcə xatirə xarakteri daşımır, eyni zamanda şəhidlərin əziz xatirəsinə verilən dəyərin, milli birliyin və təhsil ictimaiyyətinin sosial məsuliyyətinin təzahürüdür. Tədbirin sonunda şəhid ailələri onlara göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: