“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Masallı Rayon Komitəsinin xidmət sahəsində olan təhsil müəssisələrində Novruz bayramı tədbirləri təşkil olunur.

19/03/2026, 11:26
xeber1

ETİHİ Masallı Rayon Komitəsinin xidmət sahəsində olan təhsil müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil olunur.

Bu qəbildən olan tədbirlərin davamı olaraq bu gün ən ucqar kənd məktəblərində də, o cümlədən, Ərəb kənd M. Hacıyev adına ümumi orta ümumtəhsil məktəində, eləcə də Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 nömrəli tam orta ümumtəhsil, Dəmirçi kən ümumi orta ümumtəhsil məktəblərində, Masallı şəhər 1 nömrəli və Təzə Alvadı kənd uşaq bağçalarında Novruz şənliyi keçirilib.

Tədbirlərdə ETİHİ Masallı Rayon Komitəsinin və Masallı rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəblərin müəllim və şagird kollektivləri,şəhid ailələri, eləcə də valideynlər iştirak ediblər. Əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra məktəb rəhbərləri və qonaqlar çıxış edərək iştirakçıları bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Tədbirlərin bədii hissəsində müəllim və şagirdlərin ifa etdikləri rəngarəng mahnılar, milli rəqslər və səhnəciklər iştirakçılara əsl bayram ovqatı bəxş edib, Novruz ənənələrinin yaşadılmasına töhfə verib.

#AHİK #ETİHİ #ETİHİMasallıRayonKomitəsi #Masallırayonuüzrətəhsilsektoru #Novruzsənliyi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: