“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Mingəçevir şəhər komitəsinin dəstəyi ilə Uşaq Gənclər İnkişaf Mərkəzinin Kollektivi bir günlük asudə vaxtlarının səmərəli keçirmək üçün Oğuz rayonu istiqamətində gəzinti turu təşkil olunub.

03/11/2026, 10:43
xeber1

Təhsil işçiləri üçün növbəti gəzinti turu həyata keçirilib.ETİHİ Mingəçevir şəhər komitəsinin dəstəyi ilə Uşaq Gənclər İnkişaf Mərkəzinin Kollektivi bir günlük asudə vaxtlarının səmərəli keçirmək üçün Oğuz rayonu istiqamətində gəzinti turu təşkil olunub. Tur çərçivəsində iştirakçılar bölgənin görməli yerləri ilə tanış olublar.Gəzinti praqramının məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili,kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin gücləndirilməsinə xidmət etməkdən ibarətdir. İştirakçılar yaradılan şəraitə və göstərilən diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildiriblər. Qeyd edirik ki, növbəlilik prinsipi əsasında bu cür turların şəhərin digər təhsil müəssisələrində çalışan ittifaq üzvləri üçün də təşkili nəzərdə tutulur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: