“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsi “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində daha 2 kənd məktəbində olub

18/03/2026, 14:43
xeber1

bu dəfə Neftçala rayonu Həsən Əliyev adına Abasalılı və Xıllı qəsəbəsi Faruq Quliyev adına 2 nömrəli kənd tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, iş şəraiti ilə tanış olmaq, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.

Eyni zamanda Abasalılı kənd tam

orta məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Əskərova Natəvan Ağamirzə qızının 50 illik yubileyi də qeyd olunub. Yubiley tədbirində müəllimə çoxillik fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: