Xəbərlər
ETİHİ Neftçala Rayon Komitəsi ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüşüb
31/03/2026, 09:55

ETİHİ Neftçala rayon Komitəsi rayon təhsil müəssisələrindəki ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirib. Tədbir zamanı təşkilati məsələlər müzakirə olunub, sədrlər arasından təftiş komissiyası, komitə üzvləri və Rəyasət heyətinin üzvləri seçilib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. Sonda ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri göstərdikləri fəal ictimai fəaliyyətə və həmkarlar hərəkatına verdikləri töhfəyə görə mükafatlarla təltif olunublar.














