“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala rayon Komitəsi kənd məktəbində Novruz şənliyi keçirib

13/03/2026, 13:12
xeber1

Neftçala rayonu Həsənabad qəsəbəsi Tofiq İsmayılov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Novruz bayramına həsr olunmuş rəngarəng və maraqlı tədbir təşkil olunub. Məktəbin müəllim və şagird kollektivinin birgə təşəbbüsü ilə keçirilən şənlikdə qədim milli adət-ənənələrimiz, Novruzun zəngin dəyərləri xüsusi olaraq nümayiş etdirilib.

Tədbir çərçivəsində şagirdlərin hazırladığı müxtəlif əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Novruz atributlarını əks etdirən səmənilər, bəzək əşyaları, rəsmlər və müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib. Şagirdlər hazırladıqları əl işlərini qonaqlara təqdim edərək onların hazırlanma prosesi və mənası haqqında məlumat veriblər. Bu isə tədbirə xüsusi maraq və rəng qatıb.

Bayram şənliyi zamanı məktəblilər tərəfindən musiqi və rəqs nömrələri təqdim olunub, Novruzun ruhunu əks etdirən şeirlər səsləndirilib. Şagirdlərin hazırladığı rəngarəng çıxışlar, milli geyimlər və şən ab-hava tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Keçirilən tədbir Novruz bayramının milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət daşıyıb və iştirakçılara xoş bayram ovqatı bəxş edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: