Xəbərlər
ETİHİ Neftçala Rayon Komitəsi "Könüllü qonaq" layihəsi çərçivəsində təqaüddə olan müəllimlərə baş çəkib

“Könüllü qonaq” layihəsi çərçivəsində bu dəfə ETİHİ Neftçala rayon komitəsi təqaüddə olan Neftçala şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Rasmela Abasova və riyaziyyat müəllimi Əlizadə Abasovun evində qonaq olub.
Səmimi və xoş atmosferdə keçən görüş zamanı uzun illər təhsil sahəsində göstərdikləri xidmətlərə görə müəllimlərə fəxri fərmanlar və mükafat təqdim olunub.
Görüş zamanı keçmiş xatirələrə qayıdılıb, onların zəngin müəllimlik təcrübələri, pedaqoji fəaliyyətləri və ömür yolları ilə bağlı maraqlı söhbətlər aparılıb. Hər iki təqaüdçü müəllim öz fəaliyyət illərindən danışaraq gənc nəslin yetişməsində müəllimin rolunun əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Rasmela və Əlizadə müəllim həyat yoldaşıdırlar və uzun illər eyni amal uğrunda çalışaraq təhsil sahəsinə dəyərli töhfələr veriblər.




