Xəbərlər
ETİHİ Neftçala Rayon Komitəsi Kürkənd kənd ümumi orta məktəbdə müəllimlərlə görüş keçirib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsi “Ey hörmətli müəllim” layihəsi çərçivəsində Vüqar Soltanov adına Kürkənd kənd ümumi orta məktəbdə görüş keçirib.
Görüş çərçivəsində Novruz bayramı münasibətilə təşkil olunmuş sərgiyə baxış keçirilib. Şagirdlərin böyük zövq və yaradıcılıqla hazırladıqları əl işləri, milli-mənəvi dəyərlərimizi əks etdirən kompozisiyalar qonaqlar tərəfindən maraq və rəğbətlə qarşılanıb. Sərgi bayram ab-havasını özündə dolğun şəkildə əks etdirib.
Daha sonra məktəbdə ittifaq üzvləri ilə səmimi görüş təşkil olunub. Görüş zamanı müəllimlərin iş şəraiti, sosial rifahı və onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb, qarşılıqlı fikir mübadiləsi həyata keçirilib. İştirakçılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək, bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulayıblar.












