“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsi Peşə Məktəbində “Bahar təravətli Novruz” adlı bayram şənliyi keçirib

31/03/2026, 09:29
xeber1

ETİHİ Neftçala rayon Komitəsinin üzv təşkilatı olan Neftçala Peşə Məktəbində “Bahar təravətli Novruz” adlı bayram şənliyi keçirilib. Tədbirdə Komitənin əməkdaşları da iştirak edib.

Qədim adət-ənənələrimizi yaşadan, milli-mənəvi dəyərlərimizi təbliğ edən bu tədbir eyni zamanda gənclərin yaradıcılıq enerjisini və birliyini nümayiş etdirən möhtəşəm bir mərasimə çevrildi.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Çıxış edənlər Ulu Öndərin milli irsimizin qorunması, Novruz bayramının dövlət səviyyəsində yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri xüsusi vurğuladılar.

Məktəbin direktoru Tarıyel müəllim çıxışında Novruzun sadəcə bayram deyil, xalqımızın yaddaşı, kimliyi və birlik rəmzi olduğunu qeyd etdi. Ardınca Neftçala ETİHİ komitəsinin sədri Könül Məmmədova, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva və Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının sədri Ülvi Fərzəliyev Novruzun cəmiyyətimizdəki birləşdirici rolundan bəhs edərək bu dəyərlərin qorunmasının vacibliyini vurğuladılar.

Bayramın ən yaddaqalan və rəngarəng səhnələrindən biri Keçəl və Kosanın çıxışı oldu. Onların şən zarafatları, canlı dialoqları və səhnə enerjisi tədbir iştirakçılarına xoş ovqat bəxş etdi. Ardınca Bahar qızın səhnəyə gəlişi ilə Novruzun yeddi ünsürü təqdim olundu, onun təbriki və zərif rəqsi isə tədbirə xüsusi estetik çalar qatdı.

“Qafqaz” və “Gürcü” rəqslərinin ifası bayrama dinamika və milli kolor qataraq izləyicilərin böyük alqışını qazandı. Tədbir boyu musiqi müşayiəti istedadlı tələbə Nurlan Xəlilbəyli tərəfindən peşəkarlıqla təmin edildi.


Tələbələrin hazırladıqları əl işləri və rəsm sərgisi tədbirin ən maraqlı guşələrindən birinə çevrildi. Burada milli ornamentlər, Novruz atributları və yaradıcı yanaşmalar hər kəs tərəfindən böyük maraqla qarşılandı.

Bayram çərçivəsində təşkil olunan idman yarışları, bədii çıxışlar və əyləncəli oyunlar iştirakçılara xüsusi zövq yaşatdı. “Ən yaxşı Novruz masası” nominasiyası üzrə 5 qrup, eyni zamanda məktəbin ictimai-mədəni həyatında fəallığı ilə seçilən bir qrup gənc mükafatlandırıldı.

Tədbirin ən möhtəşəm anı böyük Novruz tonqalının alovlandırılması oldu. Alovlanan tonqal baharın gəlişini, yenilənməni və ümidləri simvolizə etdi. Bu anlarda Bahar qızın at belində meydana daxil olması tədbirə xüsusi təntənə və milli ruh qatdı. Tonqal ətrafında səslənən milli musiqilər sədasında hamılıqla yallı gedildi, birlik və həmrəylik ruhu bir daha yaşandı. Novruzun sevinc və istiliyi hər kəsin qəlbinə yayıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: