“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsi təqaüddə olan müəllim İsmayıl Əliyevin qonağı olub

31/03/2026, 09:46
xeber1

“Könüllu qonaq” layihəsi bu dəfə illərini müəllimliyə həsr etmiş, təqaüddə olan Neftçala şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Əliyev İsmayıl Kamil oğlunun qapısını döyüb.

Layihə çərçivəsində müəllimin keçmiş şagirdləri də ona baş çəkərək səmimi görüşə rəng qatıb. Uzun illərin zəhmətini özündə daşıyan görüş olduqca duyğulu və yadda qalan anlarla müşayiət olunub.

Xoş xatirələrlə davam edən görüşdə keçmiş illərdən söhbət açılıb. İllərin yaratdığı bağlılıq, müəllim-şagird münasibətinin dəyəri bir daha hiss olunun və bu görüş hər kəs üçün unudulmaz təəssüratlarla yadda qalıb.

İsmayıl müəllimə uzunmüddətli səmərəli fəaliyyətə və təhsilin inkişafına verdiyi töhfələrə görə fəxri fərman və mükafat təqdim olunub.

Görüşün sonunda ziyalımız göstərilən diqqət və qayğıya görə təşkilatçılara və qonaqlara öz təşəkkürünü bildirib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: