Xəbərlər
ETİHİ Neftçala rayon Komitəsi ucqar kəndlərdə yerləşən məktəblərdə ittifaq üzvləri ilə görüş keçirib

Qismət Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbi və İlqar Səfərov adına Mürsəqulu kənd tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, iş şəraiti ilə tanış olmaq, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Eyni zamanda, Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Xəlilova Tünzalə Rəşid qızının 65 illik yubileyi də qeyd olunub. Yubiley tədbirində müəllimə uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri fərman, gül dəstələri və mükafat təqdim olunub.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.











