“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsinin əməkdaşları Xıllı 1 nömrəli tam orta məktəbdə Novruz şənliyini qeyd edib

31/03/2026, 09:32
xeber1

ETİHİ Neftçala rayon Komitəsinin əməkdaşları Neftçala rayonu Rafiq Gözəlov adına Xıllı 1 nömrəli tam orta məktəbdə qonaq olub. Səfər çərçivəsində məktəbdə Novruz bayramına həsr olunmuş tədbirdə iştirak edilmiş, bayramın zəngin adət-ənənələrini əks etdirən rəngarəng proqram müəllim və şagirdlərlə birlikdə böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur.

Tədbir zamanı şagirdlərin hazırladıqları maraqlı çıxışlar, musiqi və rəqs nömrələri qonaqlarda xoş təəssürat yaratmış, milli dəyərlərimizin qorunub yaşadılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Sonda müəllimlərin iş şəraiti ilə yaxından maraqlanılmış, onların təklif və fikirləri diqqətlə dinlənilmişdir. Bildirilmişdir ki, həmkarlar ittifaqı hər zaman təhsil işçilərinin yanındadır və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində dəstəyini davam etdirəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: