“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə “Azərbaycanı tanı" adlı intellektual yarış keçiriləcək

15/04/2026, 10:04
xeber1

Azərbaycanı yaxşı tanıyırsan və sürətlisən? Elə isə bu yarış məhz sənin üçündür, əziz təhsil işçisi!

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Azərbaycanı tanı” layihəsi çərçivəsində intellektual yarış keçiriləcək. Yarış Azərbaycan xəritəsinin pazl üzərindən yığılması formatında təşkil olunacaq.

Seçim turu və final mərhələsindən ibarət olacaq yarış 30 aprel saat 15:00-da keçiriləcək. Hər seçim turundan ən sürətli iştirakçı final mərhələsinə vəsiqə qazanacaq. Final turunda I, II, III yeri tutan təhsil işçisi isə diplom və müxtəlif mükafatlarla təltif olunacaq.

Yarışda yaş məhdudiyyəti yoxdur.

Yarışda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini və işlədiyi təhsil müəssisəsinin adını yuxarıda qeyd etdiyimiz whatsap nömrəsinə göndərə bilər

Sosial şəbəkələrdə paylaş: