Xəbərlər
ETİHİ Neftçala rayon Komitəsinin təşəbbüsü ilə aztəminatlı ittifaq üzvləri görüş keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsi tərəfindən aztəminatlı ittifaq üzvləri ilə görüş keçirilib.
Görüş zamanı üzvlərin sosial vəziyyəti və mövcud problemləri ilə yaxından maraqlanılıb, onların qayğı və ehtiyacları diqqətlə dinlənilib. Səmimi mühitdə keçən görüşdə həmkarlar ittifaqının əsas məqsədlərindən birinin üzvlərə dəstək olmaq, onların sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək olduğu vurğulanıb.
Görüş çərçivəsində aztəminatlı ittifaq üzvlərinə diqqət və qayğının göstəricisi olaraq hər birinə mükafat təqdim edilib. Bildirilib ki, belə görüşlər üzvlərlə əlaqələrin daha da möhkəmlənməsinə və onların problemlərinin daha yaxından öyrənilməsinə xidmət edir.
Göstərilən diqqət və qayğıya görə iştirakçılar komitə rəhbərliyinə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini qeyd ediblər. 🌿



