Xəbərlər
ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə futbol üzrə qruplararası birincilik keçirilib

ETİHİ Neftçala rayon Komitəsinin təşəbbüsü, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş futbol idman növü üzrə qruplararası birincilik keçirilib. Yarışda müxtəlif yaş qrupları üzrə məktəblərin şagirdləri böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.
Yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, komandalar arasında sağlam rəqabət mühiti formalaşıb. Qaliblər kubok, diplom və medallarl təltif olunub, iştirakçılara isə gələcək yarışlarda uğurlar arzulanıb.
Məlumat üçün bildiririk;
13–15 yaşlı futbolçular arasında:
I yer – 1 saylı tam orta məktəbin komandası (məşqçi-müəllim Dadaş Həsənov)
II yer – 2 saylı tam orta məktəbin komandası (məşqçi-müəllim Rövşən Cəfərov)
III yer – Qədimkənd kənd tam orta məktəbinin komandası (məşqçi-müəllim Samir Ağayev)
10–11 yaşlı futbolçular arasında:
I yer – II Qaralı məktəbinin komandası (məşqçi-müəllim Fikrət Fərəcov)
II yer – 1 saylı tam orta məktəbin komandası (məşqçi-müəllim Dadaş Həsənov)
III yer – Xıllı 1 saylı tam orta məktəbin komandası (məşqçi-müəllim Bahadin Nağıyev)

























