“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə müəllimlər üçün Bakı şəhərinə tur təşkil olunub

28/01/2026, 09:42
xeber1

Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 27 yanvar 2026-cı il tarixində ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə ilk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı təmin olunmaqla İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil edilib.

 

Ekskursiya proqramı çərçivəsində iştirakçılar Qız Qalası, Şirvanşahlar Saray Kompleksi və ərazidə yerləşən digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar. Bu təşəbbüs müəllimlərin motivasiyasının yüksəldilməsinə, kollektivdə sağlam və səmimi iş mühitinin möhkəmlənməsinə xidmət edib.

 

Gündəlik iş prosesinin gərginliyindən kənarda mənalı vaxt keçirən müəllimlər göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri cənab Araz Paşayevə səmimi təşəkkürlərini ifadə ediblər.

 

 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: