Xəbərlər
ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib

ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü və Neftçala Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
Turnirdə rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən şagirdlər iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda qaliblər müəyyən edilərək mükafatlandırma mərasimi keçirilib. Birincilik qazanan iştirakçılar Neftçala Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən fəxri fərmanlarla, ETİHİ Neftçala Rayon Komitəsi tərəfindən isə kiçik hədiyyələrlə təltif olunublar.
Tədbir iştirakçılar və valideynlər tərəfindən maraqla qarşılanıb, bu cür yarışların gənclərin intellektual inkişafına və idmana marağının artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında şahmat idman növünə marağı artırmaq, onların intellektual bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühitini gücləndirmək və Novruz bayramı münasibətilə gənclər arasında bayram əhval-ruhiyyəsini daha da yüksəltmək olub.










