“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala rayon Komitəsinin təşəbbüsü ilə Şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

16/03/2026, 11:07
xeber1

Ramazan ayı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon Komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub. Tədbirdə təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranlarının, aztəminatlı ittifaq üzvlərinin də iştirakı ilə ümumilikdə 100 nəfər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra ETİHİ Neftçala rayon Komitəsinin sədri Könül Məmmədova qonaqları salamlayaraq müqəddəs Ramazan ayının insanları xeyirxahlığa, yardımlaşmaya və birlik ruhuna səslədiyini qeyd edərək bu ayın insanlar arasında bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu vurğulayıb.

Daha sonra din xadimləri Mirseymur Əliyev, Qorxmaz Pasayev və Elmira Abbasova çıxış edərək Qurani-Kərimdən ayələr səsləndirib müqəddəs Ramazan ayının mənəvi əhəmiyyətindən danışıblar.

Tədbirdə həmçinin çıxış edən Neftçala Təhsil Sektorunun müdiri Nicat Cəfərov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva Ramazan ayının insan həyatında tutduğu xüsusi yer, səbr, mərhəmət və paylaşma kimi ali dəyərlər barədə çıxışlar edərək belə görüşlərin cəmiyyətimizdə həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Mədəniyyət Mərkəzinin əməkdaşları Əfsər Hüseynov və Şərif Aslanov müqəddəs Ramazan ayı münasibətilə qəzəl söyləyərək tədbir iştirakçılarına mənəvi duyğular bəxş ediblər.

Sonda şəhid ailələri və tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşkilatçılara dərin təşəkkürlərini bildirmiş, belə tədbirlərin cəmiyyətin mənəvi dəyərlərinin qorunması və insanların bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: