Xəbərlər
ETİHİ Neftçala Rayon Komitəsinin təşəbbüsü ilə Səməd Vurğunun 120 illiyi münasibətilə tədbir keçirilib

Səməd Vurğunun 120 illiyi münasibətilə Bankə qəsəbəsi 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib. Tədbirdə böyük şairin bir-birindən dəyərli şeirləri səsləndirilib, şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, rəqslər və səhnəciklər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə çıxış edən ziyalımız Etibar Əbilovun Səməd Vurğunla bağlı xatirələri şagirdlər tərəfindən xüsusi diqqət və maraqla dinlənilib.
Ədəbi-bədii gecə boyunca şairin yaradıcılığına olan sevgi və ehtiram bir daha öz əksini tapıb.
Sonda fəal iştirak edən şagirdlər hədiyyə və sertifikatlarla təltif olunublar. Tədbirin təşkilində böyük zəhməti olan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qəmər müəllimə təşəkkür bildirilib.
Belə tədbirlər gənc nəslin milli ədəbiyyatımıza, söz sənətinə və görkəmli şəxsiyyətlərimizin irsinə marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.











