“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala rayon Komitəsinin təşkilatçılığı ilə müəllimlər arasında şahmat yarışı təşkil olunub

12/03/2026, 17:50
xeber1

ETİHİ Neftçala rayon Komitəsinin təşəbbbüsü ilə Neftçala Uşaq-Gənclər İdman-Şahmat Məktəbində müəllimlər

arasında şahmat yarışı təşkil olunub.

Gərgin mübarizə şəraitində keçən yarışda l yerə Boyat kənd tam orta məktəbin hərbi rəhbəri Elnur Hüseynov, ll yerə təqaüdçü müəllim Elxan Calalov, lll yerə isə 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Muxtar Kazımov layiq görülüblər.


Qaliblər diplom və pul mükafatları ilə təltif olunub.

Yarış iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, iştirakçılar maraqlı və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə təşkilatçılara minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, yarış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Şahmat üzrə yarışın keçirilməsinin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin intellektual potensialının artırılması, sağlam həyat tərzinin təşviqi, asudə vaxtın səmərəli təşkili, həmçinin kollektivlər arasında əməkdaşlıq və ünsiyyətin möhkəmləndiril-məsindən ibarətdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: