“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala Rayon Komitəsinin üzv təşkilatlarında torpaq çərşənbəsi qeyd olunub

18/03/2026, 14:53
xeber1

Torpaq çərşənbəsi münasibətilə üzv təşkilatlarımızda əyləncəli və yaddaqalan tədbirlər təşkil edilib. Tədbir çərçivəsində şagirdlərin hazırladığı müxtəlif əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Novruz atributlarını əks etdirən səmənilər, bəzək əşyaları, rəsmlər və müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib. Şagirdlər hazırladıqları əl işlərini qonaqlara təqdim edərək onların hazırlanma prosesi və mənası haqqında məlumat veriblər. Bu isə tədbirə xüsusi maraq və rəng qatıb.

Bayram şənliyi zamanı məktəblilər tərəfindən musiqi və rəqs nömrələri təqdim olunub, Novruzun ruhunu əks etdirən şeirlər səsləndirilib. Şagirdlərin hazırladığı rəngarəng çıxışlar, milli geyimlər və şən ab-hava tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: