“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Neftçala RK-nin təşəbbüsü ilə müəllimlər üçün yubiley tədbiri keçirilib

29/01/2026, 15:59
xeber1

“Həmkara dəyər” lahiyəsi çərçivəsində ETİHİ Neftçala RK-nin təşəbbüsü ilə  Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbin uzun illər pedaqoji fəaliyyət göstərmiş üç əməkdaşının yubiley tədbiri keçirilib. 

Tədbirdə məktəbin əməkdar biologiya müəllimi Raziyyə Kərimova, ibtidai sinif müəllimi Çiçək Eybullayeva və laborant Gülbahar Məmədovanın yubileyləri ilə əlaqədar onlara fəxri fərman, gül dəstəsi və mükafatlar təqdim edilib.  Görüş zamanı səbəbkarlara məktəb kollektivi tərəfindən səmimi çıxışlar səsləndirilərək xoş arzular bildirilib. 

 Müəllimlər də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

 Sonda müəllimlərin iş şəraiti ilə yaxından tanış olaraq onlarla səmimi söhbət aparılıb.

 Nəzərinizə çatdıraq ki, “Həmkara dəyər” layihəsi çərçivəsində təhsil sahəsində uzun illər çalışan əməkdaşların yubileyləri diqqətimizdə olacaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: