“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nərimanov Rayon Komitəsi 178 nömrəli tam orta məktəbdə yeni sədr seçildi

23/09/2026, 15:09
xeber1

D.Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə ilk həmkarlar ittifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib

D.Nəbiyev adına 178 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı təşkilatında üzvlərin müraciət və təklifləri əsasında növbədənkənar yığıncaq keçirilib. Yığıncaqda ilk təşkilatın fəaliyyəti, üzvlərin həmkarlar ittifaqı imkanlarından daha səmərəli yararlanması və təşkilatın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. Üzvlərin iradəsi əsasında keçirilən səsvermə nəticəsində ilk həmkarlar ittifaqı təşkilatının yeni sədri seçilib. Eyni zamanda, həmkarlar ittifaqı komitəsinin və təftiş komissiyasının yeni tərkibi formalaşdırılıb.

Yeni rəhbərliyə fəaliyyətində uğurlar arzulayır, D.Nəbiyev adına 178 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı təşkilatına yeni mərhələdə daha fəal, səmərəli və üzv yönümlü fəaliyyət diləyirik!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: