Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsi 180 nömrəli körpələr evi-uşaq bağçasında dəyərli müdirimizin 65 illik yubileyini kollektivlə birlikdə qeyd etdik

Bu gün ETİHİ Nərimanov Rayon Komitəsi olaraq 180 nömrəli körpələr evi-uşaq bağçasında olduq. Səfərimizin xoş bir səbəbi də var idi – bağçanın direktoru, dəyərli həmkarımızın 65 illik yubileyini kollektivlə birlikdə qeyd etmək!
Bu görüş bizim üçün həm yubiley sevincini bölüşmək, həm də ilk dəfə olaraq bağçalarımızdan birinin gündəlik həyatını yaxından görmək baxımından xüsusi oldu. Həmkarlarımızın iş şəraiti, qayğıkeş münasibəti, balaca fidanlarımızın sevinci və bağçanın isti, doğma ab-havası görüşümüzə xüsusi rəng qatdı.
İstədik ki, bu səmimi anları yalnız fotoşəkillərlə deyil, video görüntülərlə də sizinlə bölüşək. Çünki bəzən bir neçə saniyəlik görüntü sözlərlə ifadə edə bilmədiyimiz gözəl hissləri daha yaxşı çatdırır.
Dəyərli yubilyarımızı bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, sevinc dolu günlər və kollektivinin əhatəsində yeni uğurlar arzulayırıq!
Hər bir bağçamızın qapısı arxasında böyük zəhmət, sevgi və gələcəyimizə uzanan bir qayğı var. Bu gözəl zəhmətin qədrini bilmək, həmkarlarımızla bir arada olmaq bizim üçün çox dəyərlidir.







