Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsi, 82 və 202 nömrəli tam orta məktəblərindəki yubilyarların təbriki

Bu gün sevimli İlk təşkilat sədrlərimizdən biri, 82 nömrəli tam orta məktəbin tarix müəllimi Arzu Babayevanın doğum gününü qeyd etdik. Eyni zamanda, çalışmanın yaş həddinə çatması ilə əlaqədar onun uzun illər ərzindəki fəaliyyəti, əməyı və həmkarlar ittifaqına verdiyi töhfələr haqqında səmimi söhbət etdik. Arzu xanıma qəlbən yaxın olan digər İlk təşkilat sədrlərimiz də görüşdə iştirak edərək xoş fikirlərini bölüşdülər, onunla bağlı xatirələrini dilə gətirdilər.
Görüşümüzdə A. Mustafayev adına 202 nömrəli tam orta məktəbin İlk təşkilat sədri İmarət xanım da iştirak edirdi. Onun da çalışmanın yaş həddinə çatması münasibətilə kollektivimiz adından can sağlığı, xoş və mənalı günlər arzuladıq..
Hər iki sədrimizə uzun illər ərzində göstərdikləri fəal və məsuliyyətli fəaliyyətə görə Rayon Komitəmiz adından xatirə hədiyyələri təqdim etdik.İnanırıq ki, Arzu xanımın və İmarət xanımın həmkarlar ittifaqı fəaliyyətindəki məsuliyyətli və səmimi mövqeyi sıralarımıza yeni qoşulan sədr və fəallar üçün də gözəl nümunə olacaq.
Bu xoş görüşü isə birlikdə çəkdirdiyimiz kollektiv foto ilə yaddaşımıza köçürdük.















