“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nərimanov Rayon Komitəsi tabeliyində fəaliyyət göstərən İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində “Bütöv Azərbaycan naminə” bilik viktorinası təşkil edilib.

05/11/2026, 17:03
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsi tabeliyində fəaliyyət göstərən İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində Zəfər Günü ərəfəsində 44 günlük İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Bütöv Azərbaycan naminə” bilik viktorinası təşkil edilib.

VIII sinif şagirdlərindən ibarət altı komanda iki bölmə üzrə qüvvələrini sınayıb. Suallar Azərbaycan tarixini, Qarabağın keçmişini və Vətən müharibəsinin şanlı səhifələrini əhatə edib. Gənclər yarışda yalnız biliklərini deyil, həm də məntiqi təfəkkürlərini və komanda ruhunu nümayiş etdiriblər.

Gərgin keçən mübarizənin raundları arasında səsləndirilən şeirlər və musiqi nömrələri tədbirə xüsusi əhval qatıb.

Yarışın sonunda qaliblər fəxri fərmanla, bütün digər iştirakçılar isə sertifikatla mükafatlandırılıb.

Tədbirin hazırlanıb yüksək səviyyədə keçirilməsində əməyi olan ittifaq üzvlərimizə, şagirdlərimizdə vətənpərvərlik hisslərini aşılayan fədakar müəllimlərimizə səmimi təşəkkürümüzü bildiririk. Sizin zəhmətiniz sayəsində gənc nəsil tarixini bilən, Vətənini sevən və qəhrəmanlarını unutmayan insan kimi böyüyür!

Tariximizi bilmək, qəhrəmanlarımızı tanımaq və Zəfərimizi yaşatmaq hər birimizin borcudur!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: