Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsi tərəfindən 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib
04/10/2025, 18:21

5 oktyabr Beynəlxalq Müəllimlər Günü munasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Nərimanov Rayon Komitəsi tərəfindən bir qrup müəllimə mükafatlar və gül dəstələri təqdim edilib.Müəllimlər göstərilən bu diqqət və qayğıya,eləcə də səmimi təbriklərə görə Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.









