Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsi tərəfindən 82 nömrəli tam orta məktəbdə İlk Həmkarlar Təşkilatına sədr seçildi

Bu gün ETİHİ Nərimanov RK-nın tabeliyində fəaliyyət göstərən 82 nömrəli tam orta məktəbdə İlk Təşkilatın yeni sədrinin seçkisi keçirilib.
Uzun illər həmkarlar ittifaqı fəaliyyətini uğurla həyata keçirən və əmək fəaliyyətinin yaş həddinə çatması ilə sədr vəzifəsindən ayrılan əvvəlki sədrimizi əməyinə və fəaliyyətinə görə təşəkkür edirik.
Seçki prosesində ETİHİ Nərimanov RK-nın nümayəndələri olaraq iştirak etdik. Kollektivin etimadı ilə İlk Təşkilatın yeni sədri seçildi.
İnanırıq ki, yeni sədrimiz həmkarlar ittifaqı fəaliyyətinin əsas prinsiplərini rəhbər tutaraq üzvlərimizin əmək hüquq və qanuni mənafelərinin qorunması, sosial-iqtisadi maraqlarının təmin olunmasına dəstək göstərilməsi, onların müraciət və təkliflərinin diqqətdə saxlanılması, ən əsası isə üzvlərlə davamlı və konstruktiv sosial dialoqun qurulması istiqamətində öz fəaliyyətini məsuliyyətlə həyata keçirəcək. İlk təşkilat sədrinin fəaliyyəti yalnız təşkilati məsələlərin icrası ilə məhdudlaşmır. Sədr kollektivlə Rayon Komitəsi arasında mühüm əlaqələndirici həlqə olmaqla, üzvlərin səsini, ehtiyaclarını və gözləntilərini həmkarlar ittifaqı strukturlarına çatdıran əsas şəxslərdən biridir.
Yeni sədrimizə məsuliyyətli fəaliyyətində uğurlar arzulayır, 82 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı təşkilatının qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inanırıq. ETİHİ Nərimanov RK olaraq ilk təşkilatlarımızın yanında olmağa, onların fəaliyyətini dəstəkləməyə və üzvlərimizin hüquq və mənafelərinin qorunmasına xidmət edən həmkarlar ittifaqı fəaliyyətinin gücləndirilməsinə davam edəcəyik.




