“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nərimanov Rayon Komitəsi " Unutmuruq, unutdurmarıq" rubrikası

26/10/2026, 15:24
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsi " Unutmuruq, unutdurmarıq" rubrikasını davam etdirir...

Bu dəfə rubrikamız çərçivəsində İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin coğrafiya müəllimi, fəlsəfə doktoru Baxşiyeva Çimnaz Tofiq qızının həyat yoldaşı Şəhid Şükürov Elçin Siyavuş oğlu haqqında paylaşım olacaq.

Azərbaycanın tarixində, ən çətin sınaq anında öz ürəyinin səsinə qulaq asaraq Vətənin müdafiəsinə qalxan, torpaqlarımızın azadlığı naminə canından keçən igidlərimizdən biri də leytenant Elçin Siyavuş oğlu Şükürovdur.

Sakit təbiəti, xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən Elçin idmanla məşğul olur, bir neçə xarici dil bilirdi. Uşaq yaşlarından hərbi dənizçi olmağı arzulasa da, taleyinə Vətənin ən çətin günündə onun ön cəbhəsində, qaynar döyüş nöqtələrində vuruşmaq yazılmışdı.

1992-ci ildə Birinci Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq cəbhəyə yollandı. Cəsur bir snayperçi kimi tanınan Elçin Şükürov, döyüş fəaliyyəti ərzində düşmənin 28 terrorçusunu məhv etdi. Ağdərə və Kəlbəcər istiqamətində gedən ağır əməliyyatlarda fəal iştirak etdi.

1992-ci ilin 4 iyulunda Azərbaycan qoşunlarının Ağdərəni azad etmək üçün keçirdiyi yay əməliyyatları zamanı, Qozlu kəndi istiqamətində qeyri-bərabər döyüşə girdi. Düşmən qrupunun mühasirəsində qalmasına baxmayaraq, əsas nöqtələri son nəfəsinə qədər müdafiə edərək qəhrəmancasına şəhid oldu.

Şəhid olarkən geridə 5 yaşlı Vahid adlı oğlu yadigar qalan leytenantımız, Bakıda Birinci Fəxri Xiyabanda dəfn edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, onun oğlu Vahid Şükürov bu gün tanınmış publisist və tədqiqatçı kimi Azərbaycanın tarixinin və mədəni irsinin öyrənilməsi,təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərir, bu yolla atasının Vətənə xidmət ənənəsini özünəməxsus şəkildə davam etdirir.

Biz sizi unutmuruq, unutdurmarıq!

Sosial şəbəkələrdə paylaş: