“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nərimanov Rayon Komitəsi "Unutmuruq, unutdurmarıq" rubrikası

28/10/2026, 11:48
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsi "Unutmuruq, unutdurmarıq" rubrikasını davam etdirir...

Bu dəfə rubrikamız çərçivəsində N.Tağıyev adına 212 nömrəli məktəbdə kitabxanaçı vəzifəsində çalışan Ağayeva Rüxsarə Ramiz qızının həyat yoldaşı Şəhid Rüstəmov Cavid Əli oğlu haqqında paylaşım olacaq.

Tarixə qızıl hərflərlə yazılan 44 günlük İkinci Vətən Müharibəmiz hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq qəhrəmanlıq dastanıdır. Bu haqq savaşımızda əldə olunan hər bir zəfər şəhidlərimizin qanı, canı bahasına qazanıldı.

Düşmən hücumunun qurbanı olan Bərdə sakini Rüstəmov Cavid Əli oğlu, 14 mart 1975-ci il tarixində Bərdə rayonu Hüseynbəyli kəndində dünyaya gəlmişdir. Orta təhsilini Bərdə rayon Qəjər kənd tam orta məktəbində almışdır.

Cavid Rüstəmov Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə etdiyi növbəti xain hücum zamanı şəhidlik zirvəsinə ucalmışdır. O, Bərdə rayonu Hüseynbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Düşmən bətnimizə od vursa da, mərd oğullarımızın şücaətini, xalqımızın birliyini və şəhidlərimizin müqəddəs adını heç vaxt silə bilməyəcək. Bərdənin mərd sakini Cavid Rüstəmovun xatirəsi hər zaman ehtiramla anılacaq. Onun ruhu qarşısında baş əyirik!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Biz sizi unutmuruq, unutdurmarıq!

Sosial şəbəkələrdə paylaş: