“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nərimanov Rayon Komitəsi,305 nömrəli körpələr evi-uşaq bağçasında ilk həmkarlar ittifaqı təşkilatının növbədənkənar seçkisi

14/10/2026, 14:05
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsi tabeliyində fəaliyyət göstərən 305 nömrəli körpələr evi-uşaq bağçasında ilk həmkarlar ittifaqı təşkilatının növbədənkənar seçki yığıncağı keçirilib. Yığıncaqda ETİHİ Nərimanov Rayon Komitəsinin əməkdaşları da iştirak ediblər. Səsvermənin nəticələrinə əsasən, ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib. Yeni sədrə fəaliyyətində uğurlar, kollektivlə birgə səmərəli əməkdaşlıq, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində uğurlu nəticələr arzulayırıq!

Həmkarlar ittifaqının fəaliyyəti yalnız təşkilati məsələlər və üzvlərin hüquqlarının müdafiəsi ilə məhdudlaşmır. Üzvlərimizin gündəlik həyatına real fayda verən imkanlar barədə məlumatlandırılması da fəaliyyətimizin mühüm istiqamətlərindəndir. Bu məqsədlə görüşdə AHİK+ platforması haqqında da məlumat verilib. Platformanın həmkarlar ittifaqı üzvlərinə müxtəlif xidmət sahələri üzrə təqdim etdiyi güzəşt və endirim kampaniyalarından yararlanmaq imkanları iştirakçıların marağına səbəb olub..

Biz birlikdə güclüyük!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: