Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 165 və 182 nömrəli körpələr evi–uşaq bağçalarının əməkdaşları üçün istirahət gəzintisi təşkil edildi

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə 165 və 182 nömrəli körpələr evi–uşaq bağçalarının əməkdaşları üçün istirahət gəzintisi təşkil edildi.
Məktəbəqədər təhsildə böyük məsuliyyət və fədakarlıqla çalışan həmkarlarımızın əməyinə dəyər vermək, onların asudə vaxtının səmərəli təşkili və kollektiv ruhunun daha da möhkəmləndirilməsi Komitəmizin əsas fəaliyyət istiqamətlərindəndir.
Səfər iştirakçıları təbiətin gözəllikləri fonunda xoş və səmimi anlar yaşadılar, gündəlik iş gərginliyindən uzaqlaşaraq dincəlmək və yeni enerji toplamaq imkanı əldə etdilər.
165 və 182 nömrəli körpələr evi–uşaq bağçalarının dəyərli kollektivlərinə peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq!
#KollektivGəzintisi #MəktəbəqədərTəhsilİşçiləri #165_182Bağçalar #ETİHİNərimanovRK #ETİHİ #AHİK








